XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2019 - 16:04

“İranın siyasəti dünyada gərginliyi artırır” –Makron

Fransa Prezidenti Emmanuel Makron İran rəhbərliyinin siyasi kursunu tənqid edib.

TASS-ın verdiyi məlumata görə, E. Makron bu gün ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının iclasına yola düşərkən təyyarədə mətbuata verdiyi açıqlamasında bildirib ki, iranlılar dünyada gərginliyin artması istiqamətində hərəkət edirlər, bu da öz növbəsində strateji səhvdir. “Bu, həm İran üçün, həm də kollektiv təhlükəsizliyin təmin olunması baxımından səhvdir”, – deyə Makron bildirib.

Səudiyyə Ərəbistanının neft obyektlərinə kimin zərbə endirdiyinə dair suala cavab olaraq Makron bildirib ki, həmin zərbələrin arxasında kimin dayanması ilə bağlı bəyanatlar verərkən ehtiyatlı olmaq lazımdır: “Hazırda bu barədə müəyyən təsəvvürlər mövcuddur, lakin unutmaq lazım deyil ki, bu bombardman yeni növ hərbi əməliyyatdır”.

Fransa Prezidenti Körfəz ətrafında regional təhlükəsizlik məsələlərinin neftin qiymətləri ilə birbaşa bağlı olduğunu bildirib: “Lakin bu bizim də təhlükəsizliyimizdə özünü əks etdirir. Çünki “domino effekti” ilə mübarizə aparmaq olduqca çətindir”. (apa)