XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2019 - 16:38

Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı –Səbəb

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.

Trend-in məlumatına görə, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib.

Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.

Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.

Moskvada və Moskva vilayətində əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.