XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

23 Sentyabr 2019 - 17:41

İran Britaniyaya məxsus gəmini azad edib- Açıqlama

İran Böyük Britaniyaya məxsus neft tankerini azad edib.

Azərtac xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb.

O qeyd edib ki, məhkəmə araşdırması başa çatıb və Böyük Britaniyanın “Steno Impero” neft tankeri azad edilib. Hökumət nümayəndəsi gəmiyə qarşı hansı cəzanın kəsildiyi barədə heç nə deməyib.

Xatırladaq ki, 2 ay əvvəl Britaniyanın Sahil Mühafizə Qüvvələri İrana məxsus neft tankerini Hibraltarda həbs etmişdi.

Bir neçə gün sonra İran da Britaniyaya məxsus gəmini Hörmüz boğazında həbs edib. ABŞ-ın etirazlarına baxmayaraq, 10 gündən sonra Britaniya məhkəməsi İran tankerini azad edib. Bu gün isə İran Britaniyaya məxsus gəmini azad edib.