XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 19:32

BMT-nin Baş katibi Suriya Konstitusiya Komitəsinin yaradıldığını elan edib- Açıqlama

BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 23-də Suriya Konstitusiya Komitəsinin yaradıldığını elan edib.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi jurnalistlərə müsahibəsində deyib: “Suriya hökuməti və Danışıqlar üzrə Suriya Komitəsi arasında balanslaşdırılmış, etimada layiq və inklüziv Konstitusiya Komitəsinin yaradıldığını bəyan etmək məni çox sevindirir. Yaxın həftələrdə Komitənin Cenevrədə toplantısı keçiriləcək”.

A.Quterreş “bu razılaşmanın əldə edilməsi üzrə diplomatiya sahəsində göstərdikləri səylərə görə” Rusiya, İran və Türkiyəyə təşəkkürünü bildirib.