XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 20:50

Təbriz stadionunda qadınlara dəstək şüarları –“Türk qadını qalx, al haqqını!”

Təbrizin “Traktor” komandası azarkeşlərinin İranda qadınların stadionlara giriş yasağına etiraz olaraq səsləndirdikləri yeni şüarlar İranlı sosial media istifadəçilərinin diqqət mərkəzindədir.

Sosial mediada geniş şəkildə paylaşılan görüntürlərdəTəbriz stadionunda yüzlərlə azarkeş gender bərabərliyini müdafiə edərək şüarlar səsləndiriblər:

“Anam, bacım, həyat yoldaşım, qadınsan, qadın!
Erkəklə qadın, birdir qardaşdır.
Meydanda olmaq, haqqındır, haqqın!
Türk qadını qalx! Türk qadını al haqqını!”

İran Azərbaycanında “Traktor” komandasının tərəfdarları bir neçə ildir qadınların stadionlara giriş yasağına etiraz olaraq şüarlar səsləndirib və kampaniyalar təşkil ediblər.

Ötən həftələrdə Tehranın “İstiqlal” komandasının qadın azarkeşlərinin Səhər Xudayarinin intihar etməsindən sonra İranda qadınların stadionlara getmə haqqı məsələsi təkrar gündəmə gəlib.

İran və dünya mediasında “Mavi Qız” adı ilə məşhur olan Səhər Xudayari kişi geyimində stadiona getməyə çalışdığı zaman məmurlar tərəfindən saxlanılmışdı. Bundan sonra 6 ay həbsə məhkum olmuş Səhər Xudayari intihar edərək öz həyatına son qoyub. O, sentyabrın 8-də 29 yaşında ikən xəstəxanada vəfat edib.

“Mavi qızın” ölümündən sonra “Traktor” komandası tərəfdarlarının bir neçə ildir təşkil etdiyi qadınların stadionlara giriş yasağına etiraz kampaniyaları bir çox iranlı siyasi fəalın ilk dəfə olaraq diqqətini çəkməyə başladı.

“Bu doğrumu? “Traktor” tərəfdarları qadınların stadionlara getməsi üçün şüar verirlərmi?”, BBC Fars xidmətinə çalışan tanınmış jurnalist Fərnaz Qazizadə sentyabrın 10-da Twitterdə paylaşıb.

Daha əvvəl Təbrizdə futbol matçlarını izləmək üçün kişi geyimində stadiona daxil olmağa çalışan qadınlar təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər. Qadınların saxlanıldığına dair xəbər yayan agentliklər onların taleyi ilə bağlı əlavə məlumat vermir.

Keçən illərdə “Traktor” oyunlarını Təbriz stadionu ətrafındakı təpələrdən izləyən qadın azarkeşlər İran polisi tərəfindən saxlanılıblar.

İranda “türk kimliyinin simvolu” kimi tanınan Təbrizin “Traktor” futbol komandasının azarkeşləri həmçinin şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib və “Urmiyə Gölünün qurudulmasına” etiraz ediblər. (amerikaninsesi.org)