XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2019 - 22:39

Tramp impiçment söhbətindən qorxmadığını deyir:“Qətiyyən ciddi qəbul etmirəm”

Donald Tramp demokrat rəqibi ilə bağlı Ukrayna prezidentindən etdiyi iddia olunan xahişi ilə əlaqədar impiçment oluna bilcəyi barədə söhbətlərdən qətiyyən narahat olmadığını deyib.

“Konqresdən səslənən impiçment çağırışı barədə ciddi düşünürmü” sualının cavabında Tramp müxbirlərə deyib ki, “qətiyyən ciddi qəbul etmirəm”.

O bu barədə sentyabrın 23-də Nyu Yorkda, BMT-nin baş qərargaında deyib.

ABŞ mediası ölkənin kəşfiyyat icmasının bir nümayəndəsinin avqust ayında Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətindən verdiyi rəsmi şikayətdən yazırdı.

Ağ Evdə işləyən həmin kəşfiyyatçı prezidentin bu telefon danışığından ciddi narahatlığını ifadə etmişdi.

Sentyabrın 22-də Tramp Zelenski ilə telefon söhbətində keçmiş vise-prezident Co Bayden və onun oğlu barədə də danışdığını etiraf edib.

O demişdi ki, Zelenski “biz Co Bayden və onun oğlu kimi bizim adamlarımızın Ukraynada onsuz da mövcud olan korrupsiyaya töhfə verməsini istəmirik”.

Lakin Tramp Bayden barədə təhqiqata başlanması üçün Zelenskiyə təzyiq göstərdiyi barədə iddiaları danmışdı.

Bayden gələn il keçiriləcək ABŞ prezident seçkisində Trampın rəqibi olmalıdır.

Trampın etirafl Konqresdəki demokratların rəsmi impiçment proseduruna başlanmasına çağırışları ilə nəticələnib.

Tramp sentyabrın 23-də deyib ki, Zelenski ilə “mükəmməl bir söhbət” edib və bütün deyilənlərindemokratların “əcinnə ovu olduğunu hamı bilir”. (azadliq.org)