XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 09:30

“İranla münasibətlərimizi qaydaya salmaq üçün vasitəçilər lazım deyil” –Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların İranla münasibətlərinin qaydaya salınması üçün vasitəçi ölkələr lazım deyil.

“Bizə vasitəçilər lazım deyil. İran nəsə etmək istəyir və düşünmürəm ki, bizə vasitəçi lazımdır”, – deyə Tramp Nyu-Yorkda, BMT Baş Assambleyasında Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən əvvəl jurnalistlərə bildirib.

ABŞ prezidenti misirli həmkarını dost adlandırıb.

Tramp BMT-də onunla İranın rəhbərliyi arasında heç bir görüşün planlaşdırılmadığını təsdiqləyib. Lakin o, belə hadisələr üçün ənənəvi olaraq “baxarıq nə olacaq”, – sözlərini əlavə edib.

Öz növbəsində BMT Baş Assambleyasında İran prezidenti Həsən Ruhani Britaniyanın baş naziri Boris Consonla və Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Bu barədə daha əvvəl İranın Prezident Administrasiyasından bildirilib. /Report