XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 10:00

ABŞ Polşaya əlavə hərbi qüvvə göndərir – Tramp sənəd imzaladı

ABŞ prezidenti Donald Tramp polşalı həmkarı ilə onun ölkəsindəki Amerika hərbçilərinin sayının artırılmasını nəzərdə tutan sənəd imzalayıb.

Müdafiə Əməkdaşlığının Genişləndirilməsinə dair Birgə Bəyannamə adlanan sənədi Tramp və Polşa prezidenti Andjey Duda sentyabrın 23-də Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının əsnasında imzalayıblar.

Bəyannamədə deyilir ki, hazırda Polşada olan 4500 rotasiyalı ABŞ hərbçilərinin sayı yaxın vaxtlarda daha 1000 nəfər artırılacaq.

Sənəddə ABŞ hərbçilərinin sayının artırılacağı altı bazanın adı çəkilir. Bundan başqa bildirilir ki, zirehli briqadanın yerləşdirilməsi üçün yer məsələsi müzakirə olunacaq.

Tramp deyib ki, Polşaya gətiriləcək əlavə qoşunlar, çox güman, Avropadakı başqa bazalardan çıxarılacaq.

Sənəddə qeyd olunur ki, Polşadakı ABŞ qoşunlarının bütün xərcləri Varşava tərəfindən çəkiləcək.

Bu bəyannamə əslində bu ayın əvvəllərində Varşavada imzalanmalıydı, lakin Tramp Dorian qasırğasına görə Polşaya səfərini təxirə salmışdı.

Tramp yeni qoşun hissələrinin Rusiyaya qarşı yaradılmadığını vurğulayıb.

Polşa ilə “mükəmməl münasibətləri” tərifləyən Tramp deyib ki, bu ölkəyə səfərinin vaxtını “çox yaxın gələcəkdə” elan edəcək. (azadliq.org)