XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 10:43

Pompeo dünya ölkələrinə səsləndi:"İranın hücumlarını qınayın"

ABŞ dövlət katibi Maykl Pompeo dünya ölkələrini İranın Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlarını qınamaq üçün çağırış edib.

Bu barədə o, “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu, dünya münasibətlərini gücləndirməyə imkan yaradacaq, eləcə də diplomatiyanın inkişafına xidmət edəcək.

M.Pompeo dövlətlərə çağırışdan başqa, Səudiyyə Ərəbistanına qarşı müharibə aktının məsuliyyətini İranın üzərinə qoyduğuna görə Böyük Britaniya, Fransa və Almaniyaya minnətdarlığını bildirib/Report.