XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2016 - 10:58

NATO-dan İŞİD-lə bağlı qorxulu açıqlama: [color=red]”Gəmilərə hücum edəcəklər”

"İŞİD terrorçuları Aralıq dənizindəki gəmilərə hücum edəcək bir güc yaratmağı planlaşdırır.

ANS-in verdiyi məlumata görə, bunu NATO rəsmisi deyib. 

Vitse-admiral Kliv Conston "Daily Telegraph" qəzetinə açıqlamasında İŞİD-in Liviya sahillərinə kimi gəldiyini açıqlayıb. O, terrorçuların bu ərazilərə qədər genişlənməsini dəniz ticarəti sahəsində narahatedici bir kölgə kimi dəyərləndirib. 

NATO-nun Müttəfiq Dəniz Qərargahı rəsmisi bölgədəki terrorçu qrupların əlində təkmilləşmiş Rusiya və Çin istehsalı silahların olduğunu, onların Aralıq dənizindəki sərnişin və yük gəmilərinə basqın riskinin yüksək olduğunu deyib: "İŞİD-in dənizə çıxmaq arzusunun olduğunu bilirik. Eyni ilə "Əl Qaidə" kimi dəniz qoluna da sahib olmaq istəyir"

Livandakı daxili münaqişələrdən sonra İŞİD-in burada ərazi ələ keçirməsi Avropanı da narahat edir. Britaniya Hərbi Dəniz Qüvvələri də terrorçuların bu niyyətinin olduğundan xəbərdardır. Qurum nümayəndəliyi deyir ki, İŞİD hərbi-dəniz silahlarına sahib olmaq istəyir. Adıçəkilən qəzetin yazdığına görə, İngiltərə də daxil olmaqla bir neçə ölkə yerli hərbçilərə təlim keçmək üçün bu ölkəyə minlərlə əsgər göndərməyi planlaşdırır. 

Hərbçilər düşünür ki, dənizdə terror "Liviya sahillərindəki uğurlu hərbi əməliyyatlara" qisas ola bilər.