XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 16:39

Britaniya parlamenti fəaliyyətini bərpa edəcək –Bu tarixdə

Böyük Britaniya parlamenti sentyabrın 25-də fəaliyyətini bərpa edəcək.

“RİA Novosti” xəbər verir ki, bunu İcmalar Palatasının sədri Con Berkou bildirib.

O, palataya deputatların sabahdan – sentyabrın 25-dən işlərini bərpa etmələri barədə göstəriş verdiyini açıqlayıb.

Spikerin sözlərinə görə, parlamentarilər sabah nazirliklərin işinə dair məsələlərə, həmçinin həll edilməli olan bir neçə sənədə baxacaqlar.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.

Report