XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2019 - 20:55

Gürcüstan prezidentinin parlamentdəki nümayəndəsi istintaqa çağırılıb –Səbəb

Gürcüstanın Baş Prokurorluğu prezident Salome Zurabişvilinin parlament üzrə katibi Dimitri Qabunianı dindirilməyə çağırıb.

D.Qabunia sabah Baş Prokurorluqda sorğu-sual olunacaq.

Dövlət başçısının parlamentdəki nümayəndəsi S.Zurabişvilinin əfv qərarı ilə başlayan istintaq çərçivəsində dindiriləcək.

Qeyd edək ki, avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar Gürcüstan prezidenti 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.

Prezidentlə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin birinci bəndi üzrə aparılır/Report.