XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 22:30

Ərdoğan BMT-də Suriya böhranından danışıb:“Bu gün Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir”

“Bu gün Türkiyə dünyada ən çox qaçqın qəbul edən ölkədir”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən iclasda bildirib.

Suriya böhranından danışan R.T.Ərdoğan deyib ki, bu münaqişənin həllinin zamanı çatıb: “Bu gün Türkiyə 5 milyon qaçqına ev sahibliyi edir. Bu qaçqınların 3 milyon 600 mini Suriyadan gələnlərdir. Qaçqınlar üçün 40 milyard dollar xərcləmişik. Türkiyə Aralıq dənizində həyatını itirən körpə Aylanı tez unutdu. Biz bu ilin 8 ayında 32 min qaçqını Aralıq dənizində boğulmaqdan qurtardıq. Ancaq bütün bunlarla bərabər, ümumilikdə Türkiyədə 5 milyon qaçqın var. Suriyadan qaçanlar arasında PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya rejiminin nəzarətindəki torpaqlara dönən olmayıb. 365 min suriyalı Türkiyənin Suriyada azad etdiyi torpaqlara dönüb. Suriyada sülh təmin olunduqda suriyalılar da torpaqlarına dönəcək”.

İdlibdə yaşayan 4 milyon suriyalının qaçqın durumuna düşmək ehtimalı olduğunu söyləyən R. T. Ərdoğan qeyd edib ki, Türkiyə artıq bu yükü qaldıra bilməz: “İŞİD-ə qarşı ən effektiv mübarizə aparan ölkə Türkiyə olub. Suriyada PYD/YPG terrorçuları təmizlənməlidir. ABŞ-la birgə Suriyanın şimalında bir təhlükəsizlik zonası yaratmaq istiqamətində fəaliyyətimiz davam edir. Eni 30 km olan bu zona təhlükəsiz zona elan etdikdə həmin əraziyə rahatlıqda 1-2 milyon suriyalını yerləşdirmək gücündəyik. ABŞ, Rusiya, İran və Türkiyə ilə birlikdə qaçqınları çadır şəhərciklərdən çıxararaq o əraziyə yerləşdirə bilərik. Təhlükəsizlik zonasının eninin Deyr-Zor, Rakkaya qədər çıxara bilsək, həmin bölgəyə 3 milyona qədər suriyalı qaçqını yerləşdirə bilərik. Bu istiqamətdə BMT-də həmin məqsədlə humanitar yardımların təşkili üçün bir konfrans keçirilməsi də yaxşı olar. BMT-ni bu istiqamətdə səylərimizi dəstəkləməyə dəvət edirik”.

Kipr problemindən danışan Ərdoğan nəzərə çatdırıb ki, Cənubi Kipr rəhbərliyinin mövqeyi səbəbindən bu problemi həll etmək mümkün olmayıb: “Türkiyə olaraq Şimali Kipr xalqının hüquqları təmin edilənə qədər fəaliyyətimizi davam etdirəcəyik. Biz Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatları ilə bağlı Türkiyə və Şimali Kiprin haqlarını da sona qədər qoruyacağıq”.

Liviya və Yəmən münaqişəsindən danışan Ərdoğan deyib ki, Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumla bağlı yaranmış böhranın da tezliklə həlli zəruridir: “Camal Qaşıqçı cinayətinin araşdırılmasını da sonna qədər izləyəcəyimizi bir daha qey edirəm. Misirin qanuni seçilmiş Prezidenti Məhəmməd Mursinin həbsxanada həyatını itirməsi də içimizdə qanayan yaradır”.

Türkiyə Prezidenti İranla bağlı rasional çözümü arzuladıqlarını vurğulayıb: “İsrailin Fələstin torpaqlarını işğal altında saxlanması da ciddi bir problemdir. BMT kürsüsündən soruşuram, İsrailin torpaqları hansı əraziləri əhatə edir? 1947-ci ildə, 1967-ci İsrailin torpaqları hara idi, indi İsrailin nəzarətindəki torpaqlar hansı ərazilərdir? Tarixi xəritələrə baxsaq, ötən dövrdə İsrail böyüyüb, Fələstin kiçilib. Artıq Fələstin torpaqları yox kimidir. İsrail dayanırmı? Xeyr. BMT-nin İsraillə bağlı qərarları niyə yerinə yetirilmir? O halda ədalət necə bərqərar olacaq. Problemin həlli 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan bir Fələstin dövlətinin qurulmasıdır. Bundan kənar hər hansı sülh planı ədalətli ola bilməz. Şərqi Qüds İsrail torpaqlarına daxil deyilsə, bu torpaqlar niyə işğal olunur? Bunlar dünyanı qana bulamaqmı istəyirlər? Türkiyə bundan sonra dla məzlum Fələstin xalqının yanındadır”.

Kəşmir probleminin həllinin zəruriliyindən danışan Ərdoğan nəzərə çatdırıb ki, müsəlmanlar ayrı-seçkiliyə məruz qalanlar sırasında ilk yerdədir: “Ötən günlərdə Türkiyənin də qurucusu olduğu Mədəniyyətlər İttifaqı dini məkanların qorunması ilə bağlı planını açıqlayıb. BMT-ni bu plana dəstək verməyə çağırırıq. BMT Təhlükəsizlik Şurası yenilənməlidir və yeni Təhlükəsizlik Şurası dünyada problemlərin həllində böyük rolu ola bilər. Türkiyə bu yöndə töhfə verməyə hazırdır”.