Ukrayna Prezidenti Vladimir Zelenski Kremli ölkəsinin tam inkişaf potensialını reallaşdırmasını əngəlləyən iki əsas faktordan biri adlandırıb.
Sentyabrın 24-də BMT Baş Məclisində çıxış edən Zelenski deyib ki, “Rusiyanın Ukraynaya təcavüzü” Ukraynanın “davamlı inkişaf məqsədləri”nə çatmasını önləyir və Kiyev “beynəlxalq dəstək olmadan” bunu üstələyə bilməz.
Digər maneə kimi isə prezident çox lazımlı islahatlara ənənəvi siyasi “müqavimət”i göstərib.
Zelenski ümidvar olduğunu bildirib ki, diplomatik kanallar “beynəlxalq tərəfdaşlar” ilə birlikdə Ukraynanın Rusiyaya uduzduğu ərazilərini geri qaytarmasına, sülhə nazil olmasına kömək edər.
“Sülh və təhlükəsizlik hissi olmadan heç bir ölkə davamlı inkişafa nail ola bilməz”, – Zelenski vurğulayıb.
“Atəş səsləri və partlayışlar altında davamlı inkişaf mümkün deyil, aqressiv geosiyasi strategiyaların digər ölkələrin işğalını və insan haqları və azadlıqları alqışladığı yerdə bu, mümkün deyil”, – prezident deyib. (azadliq.org)