XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

25 Sentyabr 2019 - 15:03

BMT-nin Baş katibi Türkiyəyə səfər edəcək- Oktyabrın sonunda

BMT-nin Baş katibi Antonio Quterreş oktyabrın sonunda Türkiyəyə səfər edəcək.

Azərtac xəbər verir ki, səfər çərçivəsində Baş katib Türkiyənin növbəti dəfə ev sahibliyi edəcəyi İstanbul Vasitəçilik Konfransında (Istanbul Konference on Mediation) iştirak edəcək.

Qeyd edək ki, İstanbul Vasitəçilik Konfransı dünyada baş verən münaqişə və problemlərin həllinə kömək göstərmək üçün təsis edilib. Türkiyə davamlı olaraq yüksək təşkilatçılıqla bu beynəlxalq tədbirə ev sahibliyi etməkdədir. Sayca 6-cı olan builki konfransın oktyabrın 31-də keçirilməsi nəzərdə tutulub.