XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

25 Sentyabr 2019 - 18:15

ABŞ bir sıra Çin şirkətlərinə sanksiya tətbiq edib- İrandan neft idxal etdiklərinə görə

ABŞ İrandan neft idxal edən Çin şirkətlərinə sanksiya tətbiq edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə Departamentinin saytında məlumat verilib.

Məlumata görə, İranla əlaqəli 5 şəxs və 6 şirkətə qarşı sanksiya tətbiq olunub.

Sanksiyalar “Cosco Shipping Tanker Co”, “Cosco Shipping Tanker Seaman and Ship Management Co Ltd”, “China Concord Petroleum Co”, “Kunlun Shipping Company Ltd”, “Kunlun Holding Company Ltd” və “Pegasus 88 Limited” şirkətlərinə tətbiq edilib.