XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2016 - 16:33

Rus ordusu Uzaq Şərqdə öz gücünü [color=red]nümayiş etdirəcək

Rusiya Uzaq Şərqdə böyük hərbi manevrlərə başlayır. İlk ünvan isə Pakıstandır.

Strateq.az xəbər verir ki, Rusiyanın ordu komandiri Oleg Saltukovun dediklərindən belə çıxır.

O, mətbuata açıqlamasında Moskva ilə İslamabad arasında 2016-ci ildə yeddi hərbi manevr planlandıklarını açıqlayıb. Manevrlərin dağlıq ərazilərdə keçiriləcəyini deyən general bu barədə detallı məlumat vermək istəməyib.

Pakistanla yanaşı, Vyetnam, Monqolustan və Hindistanla birgə hərbi tətbiqatlara hazırlaşdıqlarını bildirən Salyukovun sözlərinə görə, oxşar tədbirlərin Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Təşkilatı ilə keçirilməsi də gözlənilir.