XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 21:44

Ukrayna Prezidenti BMT Baş Assambleyasında çıxış edib

Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi debatları gedişində Ukraynada, eləcə də bütün dünyada müharibəni dayandırmağa çağıran nitqlə çıxış edib.

Azərtac xəbər verir ki, Ukrayna Prezidenti opera müğənnisi Vasili Slipakın ölümünə səbəb olmuş gülləni nümayiş etdirib.

Zelenski deyib: “Onun sadəcə karyerasına deyil, həyatına da son qoyan 12,7 millimetr. Bax bunun qiyməti 10 dollardır. Təəssüf ki, bu gün planetimizdə insan həyatının dəyəri budur. XXI əsrə xoş gəldik. Bu imkanlar əsrində sizin eşidilmək əvəzinə öldürülmək imkanınız var”.

Prezident Ukraynanın sivil yolla sülhü təmin etməyə hazır olduğunu dünyaya nümayiş etdirmək arzusunda olduğunu bəyan edərək bildirib ki, hazırda onun ölkəsinin əsas məqsədi müharibəni insan həyatı bahasına deyil, sülh yolu ilə dayandırmaqdır.

O vurğulayıb ki, XXI əsrdə dövlətlər arasında münaqişələri danışıqlar yolu ilə deyil, müharibə ilə həll etmək anormal haldır.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Yaşadığımız müasir dünyada daha özgəsinin müharibəsi yoxdur. Ukraynada müharibə gedəndə, Avropada müharibə gedəndə sizin heç biriniz özünü təhlükəsiz hiss edə bilməz. Bütün bunların sizə dəxli olmadığı və heç vaxt da olmayacağı barədə fikir bədbəxtlik gətirə bilər”.