XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

25 Sentyabr 2019 - 23:17

Eston polisi adı qalmaqalda hallanan bank rəhbərinin meyitini tapıb

Xəbər verdiyimiz kimi, eston polisi Danimarka bankı olan “Danske”nin Estoniya üzrə rəhbəri, maliyyə cinayəti ilə ittiham olunan, lakin günahı sübut olunmadığı üçün azadlıqda olan Ayvar Rexeni axtarışa vermişdi.

Azərtac xəbər verir ki, ötən ilin əvvəlində yaşanan və adı Estoniyada çirkli pulların yuyulmasına qarışan “Danske” bankının ölkə üzrə rəhbəri keçən bazar ertəsi evindən çıxaraq bir daha geri dönməyib.

Özü ilə səhər gəzintisinə nə itini, nə də mobil telefonunu götürməyən keçmiş sədrin ailəsinin polisə rəsmi müraciətindən sonra axtarışlara başlanılıb. Sentyabrın 25-də keçmiş bank sədrinin meyiti evinin bağçasında aşkarlanıb.

Polis hələlik heç bir dolğun açıqlama yaymayıb, lakin hadisənin intihar da olduğu ehtimallardan biridir.

Ötən il “Danske” bankı Estoniyadakı filialı tərəfindən 220 milyard dollar vəsaitin eston rezidenti və ya vətəndaşı olmayan şəxslərin hesabına köçürüldüyü faktını açıqlamışdı. Bankın 56 yaşlı filial sədri bu işlərdə əli olduğunu inkar etmişdi.

Danimarka bankının bu qalmaqalı Baltik ölkələrində fəaliyyət göstərən və ən mühüm müştəri bazasına sahib olan daha 2 Skandinaviya bankına da sirayət etmiş və onlarda da ciddi araşdırmalar aparılmışdı. İsveçrəyə məxsus “Swedbank” da eyni səbəbdən ittiham olunur.

“Danske” bankı Estoniya qanunvericiliyinə əsasən, cari ilin oktyabrında ölkədəki fəaliyyətini həmişəlik dayandıracaq.