XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2019 - 14:35

“Nümayəndə heyətimizin üzvlərinə viza verməməsinə görə ABŞ-ı sürpriz gözləyir” –Lavrov

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın BMT-də iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin üzvlərinə viza verməməsinə münasibət bildirib. 

S. Lavrov bildirib ki, Moskva ABŞ-ın bu addımına cavab verəcək.

“Cavab olacaq. Tədbirlər hazırlayırıq. Bizi sürpriz etmək imkanından məhrum etməyin”, – deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, ABŞ BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı planlaşdırılan Rusiya nümayəndə heyətinin 10 üzvünə viza verməkdən imtina edib. /APA