XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

26 Sentyabr 2019 - 15:12

FİFA-dan izahat tələb edilir- Məhəmməd Salaha qarşı saxtakarlığa görə

FİFA-nın ən yaxşı futbolçu mükafatı ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.

APA-nın məlumatına görə, səslərin hesablanması zamanı yaşanan saxtakarlıqlar Misir Futbol Federasiyasını da məsələyə müdaxiləsi ilə nəticələnib.

Qurum FİFA-ya məktub ünvanlayıb. Misirlilər bu ölkənin yığmasının lideri Məhəmməd Salaha verilən səslərin “yoxa çıxması” üçün izahat tələb edib.

Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç İngiltərə “Liverpul”unun futbolçusu olan M.Salahı 1-ci yerdə göstərib. FİFA isə həmin xalları Lionel Messiyə hesablayıb.

Qeyd edək ki, Nikaraqua millisinin futbolçusu Xuan Barrera da ardıcıl 6-cı dəfə ən yaxşı seçilən L.Messiyə səs vermədiyini iddia etsə də, FİFA bunun əksini sübuta yetirib.