XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2019 - 15:34

Kreml Lukaşenkonun Donbasla bağlı təklifinə nə deyir?- Peskovdan açıqlama

Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkonun Donbassa sülhməramlılar yerləşdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, Belarus Prezidentinin təklifini Ukraynanın cənub-şərqindəki münaqişə tərəfləri, Kiyev və tanınmamış respublikalar özləri qiymətləndirməlidirlər.

“Bu, yeni təklifdir. Sözsüz ki, ilk növbədə münaqişə tərəflərinin bu cür təklifə münasibətlərini anlamaq lazımdır. Hələlik biz onların münasibətini bilmirik”, – deyə Kremlin sözçüsü vurğulayıb.