Madridin “Real” klubu yaxın vaxtlarda «Adidas» firması ilə 1,4 milyardlıq müqavilə imzalayacaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, futbol klublarının tarixində ən bahalı müqavilə hesab olunur.
10 illik müqavilə dövründə klub hər il "Adidas"dan 140 milyon avro alacaq.