XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Sentyabr 2019 - 18:49

Pekin ABŞ-ın Çin vətəndaşlarına və şirkətlərinə sanksiya tətbiq etməsini pisləyib

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın İran neftinin nəqlində iştirakı iddia olunan Çin vətəndaşlarına və şirkətlərinə sanksiyalar tətbiq etməsini pisləyib.

Azərtac xəbər verir ki, Çin XİN rəsmisi Qen Şuan sentyabrın 26-da keçirdiyi mətbuat konfransında ABŞ Maliyyə Nazirliyinin Çinin 5 vətəndaşını və 6 müəssisəsini hədəf alan yeni sanksiyalarını şərh edərkən belə bəyanatla çıxış edib.

ABŞ-ın daxili qanunvericiliyinə istinad edərək Çinin hüquqi şəxslərinə qarşı sanksiyalarına ölkəsinin qəti şəkildə etiraz etdiyini bildirən Qen Şuan deyib ki, zorakılıq nümunəsi olan bu addım digər tərəflərin qanuni haqlarına və maraqlarına məhəl qoymur.

XİN rəsmisi Çinin İran ilə əməkdaşlığının qanuni olduğunu, bu əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində qorunmalı və hörmət edilməli olduğunu diqqətə çatdıraraq deyib: “Çin öz şirkətlərinin qanuni hüquqlarının möhkəm qorunması üçün lazımi tədbirləri görüb və bundan sonra da görəcək”. O, ABŞ-ı səhv addımlarını dərhal düzəltməyə çağırıb.