XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 22:11

Mühafizəkarlar partiyası Boris Consonun üç günlük fasilə tələbini rədd edib- 306 nəfər təklifin əleyhinə olub

Böyük Britaniyanın Mühafizəkarlar partiyası illik konfransını keçirmək üçün Baş Nazir Boris Consonun üç günlük fasilə tələbini rədd edib.

289 nəfər təklifin lehinə olsa da, 306 nəfər əleyhinə olub. Beləliklə Mühafizəkarlar Partiyasının konfransı bazar ertəsindən çərşənbə gününə qədər Mançesterdə keçiriləcək. Bu, Boris Consonun Baş Nazir seçiləndən sonra keçirilən 8 səsvermədən itirdiyi yeddinci səsvermədir.

Qeyd edək ki, Leyboristlər və Liberal Demokratlar artıq partiya konfransını keçiriblər.