XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2019 - 22:19

Milli Kəşfiyyatın direktoru Trampdan şikayət barədə ifadə verib

ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən Adam Şiff Trampın kəşfiyyat nümayəndəsinin şikayətində təsvir edilən hərəkətlərini “mütəşəkkil cinayətkarlığın klassik şantajı” adlandırıb.

Şiff bu bəyanatı sentyabrın 26-da komitə dinləməsinin açılışında verib. Bu dinləmədə ABŞ Milli Kəşfiyyatının direktor əvəzi Jozef Maquair ifadə verməli idi.

Bundan az əvvəl isə kəşfiyyat nümayəndəsinin yazılı şikayətinin redaktə edilmiş variantı ictimaiyyətə açıqlanmışdı.

Şikayətdə iddia edilir ki, Tramp Ukraynadan 2020-ci il ABŞ prezident seçkisinə müdaxilə istəyib.

Tramp hər hansı qanunsuzluğa yol verdiyini danır. O Twitter-də yazıb:

“Burada impiçmentlik nəsə varmı? Qətiyyən yoxdur! DEMOKRATLAR RESPUBLİKAÇILAR PARTİYASINI VƏ ONUN QORUDUĞU DƏYƏRLƏRİ MƏHV ETMƏK İSTƏYİRLƏR. BİR ARAYA GƏLİN, ONLARA CAVAB VERİN, QƏTİYYƏTLƏ MÜBARİZƏ APARIN, RESPUBLİKAÇILAR. VƏTƏNİMİZİN TALEYİNDƏN SÖHBƏT GEDİR!”

Şikayət Trampla Zelenski arasında iyulun 25-də yer almış telefon söhbətinin məzmunundandır. Bu telefon söhbəti zamanı Tramp Zelenskidən 2020-ci il prezident seçkisində onun rəqibi olacaq keçmiş demokrat vise-prezident Co Bayden və onun oğlu Hunterin araşdırılmasını istəyib.

Hunter Ukraynada enerji şirkətlərindən birində işləyirdi.

Baydenlərin qanunsuzluğa yol verdiklərini göstərən heç bir dəlil açıqlanmayıb.

Maquair Konqres dinləməsində kəşfiyyat nümayəndəsinin şikayət yazmaqla “düzgün hərəkət” etdiyini deyib.

O bildirib ki, bu şikayət kəşfiyyatçının “ölkəyə bağlılığını, prezident andının nə demək olduğunu prezidentdən daha çox anladığını göstərib”.

Kəşfiyyatçının Trampla Ukrayna prezidenti Zelenski arasında telefon söhbətindən etdiyi şikayət hesabatında deyilir ki, bu danışıqda yer almış qanun pozuntusu, hakimiyyətdən sui-istifadə, barəsində təcili tədbir görülməli olan ciddi problemdir.

Bu şikayəti oxuyarkən şoka düşübmü sualına cavabında Maquair deyib ki, o sənəddəki iddiaların “mühümlüyünü tam mənasında bilib”.

Kəşfiyyat nümayəndəsinin şikayətində bu da iddia olunur ki, Ağ Ev rəsmiləri 25 iyul söhbətinin yazısını “gizlətməyə” çalışıblar. Bu danışığın 5 səhifəlik xülasəsi sentyabrın 25-də açıqlanıb.

Maquair habelə Senatın Kəşfiyyat Komitəsində qapalı ifadə verməyə hazırlaşır. (azadliq.org)