XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2019 - 22:37

Eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq- Rusiyada

Rusiyada eyvanda kabab bişirmək və siqaret çəkmək qadağan olunacaq.

Azərtac xəbər verir ki, Rusiya hökuməti yanğından mühafizə rejiminə dəyişiklikləri təsdiqləyib. Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minir.

Təsdiq olunmuş qaydalara əsasən, mənzil, otel və yataqxanaların eyvanlarında açıq oddan istifadə etmək, o cümlədən şam və siqaret yandırmaq qadağan olunur.

Bundan əlavə, tibb müəssisələrində və kinoteatrlarda da yanğın təhlükəsizliyi qaydalarına əlavələr edilib. İndi kinoteatrlarda film başlamazdan əvvəl tamaşaçılara yanğın zamanı davranış qaydaları barədə məlumat veriləcək, tibb müəssisələrində isə uşaq və ağır xəstələr birinci mərtəbələrdəki palatalarda yerləşdiriləcək.