Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.
S. Lavrov və H. Kissincer Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan başqa, görüş zamanı beynəlxalq aləmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. (apa)