XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2019 - 21:12

Parisdəki Jak Şirak adına Muzeyə giriş pulsuz olacaq- Iki həftə

Fransa paytaxtının mərkəzindəki Branli bulvarında yerləşən və Asiya, Afrika, Şimali və Cənub Amerika, Okeaniyanın yerli xalqlarının incəsənət nümunələrinin nümayiş etdirildiyi Jak Şirak adına Muzey iki həftə ərzində ziyarətçilər üçün pulsuz xidmət göstərəcək.

Azərtac Fransa KİV-nə istinadla xəbər verir ki, bu qərar muzeyin yaradılmasının təşəbbüskarı olmuş mərhum Prezident Jak Şirakın vəfatı ilə əlaqədar qəbul edilib. Muzeyin saytında yazılıb: “Jak Şirakın xatirəsinə ehtiram əlaməti olaraq 2019-cu il oktyabrın 11-dək muzeyə giriş sərbəst olacaq”.

Jak Şirak adına Muzeyin rəhbəri Stefan Marten “Europe1” radiosuna müsahibəsində bildirib ki, Jak Şirakın vəfatı ilə əlaqədar muzey binasının üzərindəki bayraq endiriləcək, ziyarətçilərin mərhum Prezident haqqında ürək sözlərini yazması üçün onun girişində “qızıl kitab” qoyulacaq.

Qeyd olunur ki, eksponatlarla zəngin olan muzey Jak Şirakın prezidentliyinin birinci müddətində – 1998-ci ildə dövlət muzeyi statusu alıb. Hazırda burada XVI əsrdən günümüzədək dövrə aid olan 382,5 min sənət nümunəsi kolleksiyası mövcuddur. Jak Şirakın vəfatından iki gün əvvəl – sentyabrın 24-də muzeyin 20 illik yubileyinə həsr olunmuş sərgi də açılıb.