Qroznıda ilk İslam bankı açılacaq. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"İslam bankının açılmasına dair razılıq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) МАZCORP şirkətinin rəhbərliyi ilə görüşdə əldə edilib. Məsələ əvvəlcədən müzakirə olunub. Bu görüşdə isə layihənin icrasına başlamaq barədə razılığa gəldik. Bankın açılması Çeçenistan üçün böyük əhəmiyyət kəsb edir", – deyə Çeçenistan rəhbəri İnstagram səhifəsində yazıb.
R.Kadırov diqqətə çatdırıb ki, respublikada BƏƏ-nin sərmayə yatırımı ilə iri obyektlərin inşaat işləri gedir. İslam bankçılığı İslam dini normalarına uyğun olaraq bank fəaliyyətinin aparılmasını nəzərdə tutur. МАZCORP, həmçinin "Maqnus-Qroznı" farmasevtik klasterin inşaatında iştirak etmək, eləcə də "Ahmat-Tauer" çoxfunksiyalı kompleksin inşaatına müəyyən investisiyalar yatırmaq niyyətindədir.
Azərtac