XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 10:23

Rodriqo Duterte Rusiyaya gələcək- Oktyabrda

Filippin Prezidenti Rodriqo Duterte oktyabrın 1-dən 5-dək Rusiyaya səfər edəcək.

Azərtac xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyinin nümayəndəsi Amelita Akino Prezident Rodriqo Dutertenin Rusiyaya səfərinə həsr olunmuş mətbuat konfransı zamanı məlumat verib.

A.Akino bildirib ki, Filippin lideri səfər çərçivəsində Moskva və Soçi şəhərlərini ziyarət edəcək. Rusiya Prezidenti ilə ikitərəfli əlaqələr və beynəlxalq mövzular ətrafında müzakirələr aparacaq Filippin lideri dəvət edilən digər liderlərlə birlikdə Valday klubunun plenar iclasında iştirak edəcək.

Bundan əlavə, Prezident R.Dutertenin Rusiya-Filippin biznes forumuna qatılacağı, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda kiçik mühazirə ilə çıxış edəcəyi və Rusiyadakı Filippin icmasının üzvləri ilə görüşəcəyi də qeyd edilib.