XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2019 - 10:37

Çin Özbəkistanın regionları üçün pul ayıracaq- Bir milyard dollar

Çin Daşkənd şəhəri və Özbəkistanın regionları üçün “Təhlükəsiz şəhər” sistemini həyata keçirmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq.

Azərtac xəbər verir ki, bununla bağlı Özbəkistan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

Ölkədə tam olaraq bu sistemin 2021-ci ilin dekabrında işə salınması nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, Özbəkistan-Çin Dövlətlərarası Əməkdaşlıq Komissiyasının avqustun sonunda Pekində keçirilən iclasında bu ölkənin Özbəkistan iqtisadiyyatına 4,3 milyard dollar həcmində 54 layihənin həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilib. “Təhlükəsiz şəhər” sistemi bu layihələrdən biridir.