XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 16:27

Ermənistanda Robert Koçaryanın tərəfdarı saxlanılıb- Hakimə qarşı hörmətsizlikdə ittiham edilir

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarlarından olan Narek Mutafyan saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, o, keçmiş dövlət başçısına qarşı cinayət işinin icraatını aparan İrəvan Ümumi Məhkəməsinin hakimi Anna Danibekyana qarşı hörmətsizlikdə ittiham edilir.

Ermənistan Polisinin Mətbuat xidmətinin açıqlamasına görə, hakimin təzyiqlərə məruz qalmasına dair ötən gecə yayılan məlumatlardan sonra müvafiq maddə ilə cinayət işi başlanılaraq Narek Mutafyan şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də hakim Anna Danibekyan R.Koçaryanın azadlığa buraxılması barədə vəsatəti rədd etmişdi.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazir müavini Armen Gevorkiyanın konstitusiya quruluşunu devirmək ittihamı ilə cəlb edildiyi 2008-ci ilin mart hadisələrinə dair cinayət işi sentyabrın 12-dən İrəvan Ümumi Məhkəməsində istintaq olunur.