XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Sentyabr 2019 - 17:29

Çin ərzaq, əczaçılıq və ekologiya sahələrində cinayətlərə qarşı mübarizəni gücləndirir

Çinin İctimai Təhlükəsizlik Nazirliyi (İTN) ərzaq məhsulları, dərmanlar və ətraf mühitlə bağlı cinayətlər barədə informasiya əldə olunması kanallarını genişləndirib.

Azərtac Sinxua agentliyinə istinadla xəbər verir ki, İTN bu yaxınlarda öz rəsmi veb-saytında nazirliyin telefon nömrəsini, elektron poçt ünvanını və regional ictimai təhlükəsizlik orqanlarının ünvanlarını yerləşdirib, habelə ictimaiyyəti adıçəkilən fəaliyyət haqqında informasiya olduğu təqdirdə hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.

İTN ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməklə, barəsində danışılan cinayətlərə qarşı mübarizə üzrə səyləri fəallaşdırmağa çalışır ki, bu da iyulun sonlarında başlanmış asayişin dəstəklənməsi üzrə kampaniyanın hədəflərinə müvafiqdir.

İTN cinayətkar fəaliyyətə qarşı mübarizəni gücləndirmək üçün əyalət səviyyəli inzibati vahidlərdə bütün ictimai təhlükəsizlik orqanlarını yerli şəhər və qəza hüquq-mühafizə orqanlarının əlaqə informasiyasını açıqlamağa çağırıb.