XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 18:51

Jak Şirakla vida mərasiminə 30-dək dövlət və hökumət başçısı qatılacaq

Sentyabrın 30-u Fransada milli matəm günü elan edilib. Həmin gün ölkənin sabiq Prezidenti Jak Şirakla vida mərasimi olacaq.

Azərtac xəbər verir ki, sabiq Prezidentlə vida mərasiminə 30-dək ölkənin prezident və baş nazirinin iştirakı gözlənilir.

Rusiya Prezidenti Vladimir Putin, İtaliya Prezidenti Sercio Mattarella, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Konqo Prezidenti Denis Sassu Nguesso, eləcə də Belçikanın Baş Naziri Şarl Mişel, Livanın Baş Naziri Saad Hariri, Macarıstanın Baş Naziri Viktor Orban vida mərasimində iştirak edəcəklərini təsdiqləyiblər. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker də vida mərasiminə qatılacaq.