XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 19:12

Özbəkistanda sabiq DTX rəhbəri 18 il müddətinə azadlıqdan məhrum edilib- Məhkəmə qərarı

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri İxtiyar Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Azərtac xəbər verir ki, bu barədə Özbəkistanın Ali Məhkəməsi qərar qəbul edib.

İxtiyar Abdullayev rüşvət almaqda, xidməti vəzifəsindən sui-istifadə etməkdə, mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirli bilindiyi üçün məsuliyyətə cəlb olunub. O, həmçinin fırıldaqçılıqla məşğul olduğuna, Özbəkistanın maraqlarına cavab verməyən razılaşmalarda, başqasının əmlakını əlindən almaqda da ittiham edilib.

Xatırladaq ki, İxtiyar Abdullayev 2015-2018-ci illərdə Özbəkistanın Baş prokuroru, 2018-ci ilin yanvarından bu ilin fevralına qədər isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrində çalışıb.