XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 23:35

Kuba ABŞ-ın Raul Kastroya qarşı sanksiyalarını pisləyib

“Kuba ABŞ-ın ölkənin Kommunist Partiyasının lideri, sabiq dövlət başçısı Raul Kastroya qarşı sanksiyalarını pisləyir”.

“Report” xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin başçısı Bruno Rodriqes Parrilya bildirib.

“Bu hərəkətlər təcrübədə qəbuledilməzdir, onlar yalnız Kuba xalqının ləyaqətini pozmağa yönəlib“, – deyə Parrilya BMT Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, sanksiyalar qanunsuzdur və ABŞ-ın imperialist səylərini önə çəkir.

Qeyd edək ki, ABŞ “insan hüquqlarının pozulmasında iştirak etdiyi üçün” Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Kastronun və onun ailəsinin adlarını sanksiya siyahısına salıb.