Çin BMT Təhlükəsizlik Şurasını Şimali Koreyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirəyə etməyə çağırıb.
Çin Xarici İşlər naziri Van İ BMT Baş Assambleyasında çıxışında deyib ki, Təhlükəsizlik Şurası Koreya yarımadasında gərginliyin azalmasını nəzərə almalıdır.
Çin XİN rəhbəri yarımadada siyasi həll yollarının axtarılması üçün belə bir addımın atılmasını vacib sayıb. Van İ Şimali Koreyanın dialoqa hazır olduğunu nümayiş etdirdiyini vurğulayıb. /APA