XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2019 - 11:36

Honkonqda yenidən aksiyalar başlayıb:polis gözyaşardıcı qaz tətbiq edib

Bu gün Honkonqda yenidən etiraz aksiyaları başlayıb.

Xennesi rayonunda  aksiyaçılarla polis arasında toqquşma baş verib.

Aksiyaçılar polisə müxtəlif predmertlər atıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə  muxtariyyət hökumətini “bir ölkə, iki sistem” prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür. /APA