XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

29 Sentyabr 2019 - 14:00

Slovakiyada “MiQ-29” döyüş təyyarələrinin uçuşu dayandırılıb –Səbəb

Slovakiya Hərbi Hava Qüvvələrinin komandanlığı “MiQ-29” qırıcı təyyarələrinin təlim uçuşlarının müvəqqəti dayandırılması barədə qərar verib.

Bunu bu gün Slovakiya Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib.

Dünən axşam saatlarında təlim uçuşu zamanı Zlata-Moravçe şəhəri yaxınlığında “MiQ-29” qırıcı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar belə bir qərar qəbul edilib. D. Sapakova bu qərarın ölkənin hava məkanının təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərməyəcəyini söyləyib.

Qeyd edək ki, qəzaya uğrayan “MiQ-29”un pilotu katapult edə bilib. Xəstəxanaya yerləşdirilən pilotun həyatı üçün təhlükə yoxdur. D. Sapakova deyib ki, pilot qəzanın qaçılmaz olduğunu görüb, soyuqqanlı şəkildə təyyarəni yaşayış və sənaye zonalarının olmadığı əraziyə yönəldib.

İlkin məlumata görə, “MiQ-29” çənində yetərincə yanacaq olmaması səbəbindən qəzaya uğrayıb. Slovakiya Müdafiə Nazirliyi hələlik bu versiyanı təsdiqləmir. Qəzanın araşdırılması üçün xüsusi komissiya yaradılıb. /APA