XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

29 Sentyabr 2019 - 15:25

Yaponiyada onlarla aviareys ləğv edilib –“Mitoq” qasırğası ilə əlaqədar

Güclü “Mitoq” qasırğasının yaxınlaşması ilə əlaqədar aviaşirkətlər bazar ertəsi üçün nəzərdə tutulmuş reysləri ləğv etməyə başlayıblar.

Artıq 38 aviareysin ləğv edildiyi elan olunub.

Ləğv edilən aivareyslərin sayı qasırğa yaxınlaşdıqca daha da artacaq. “Mitoq” qasırğasının oktyabrın 1-də Okinava da daxil olmaqla, Yaponiyanın qərb sahillərini vuracağı, sonra Koreya yarımadası istiqamətində hərəkət edəcəyi gözlənilir.  Daha sonra isə qasırğanın istiqamətini dəyişdirəcəyi və Yaponiyanın Xonsyu adasını vuracağı gözlənilir. /APA