ABŞ-ı Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasimində ölkənin Fransa və Monako knyazlığındakı səfiri Ceymi Makkort təmsil edəcək.
Müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb.
Dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Fransanın 22-ci prezidenti J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib. /Qafqazinfo