XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 16:53

Hindistan-Banqladeş sərhədi yenidən cızılacaq

Hindistan məclisi ölkənin sərhəd xəttinə yenidən baxılması ilə bağlı qərar çıxarıb. Bu qərara görə Anayasda dəyişiklik ediləcək və Hindistan ilə Banqladeş arasındakı sərhəd xəttinə yenidən baxılacaq. Hindistanın Baş naziri Narendra Modi mediaya verdiyi açıqlamada bu qərarın verilməsini “tarixi bir günə atılmış imza” olaraq dəyərləndirib.

İki ölkə arasında uzun illərdi ki, sərhəd anlaşılmazlığı var. Baş nazir Modi bu qərarla sərhəd anlaşılmazlığına son veriləcəyini bildirib. Xatırladaq ki, Banqladeş dövləti 1971-ci ildə Şərqi Pakistanda yaranıb. Bu dövlətin yaranmasında Hindistanın ciddi yardımı olmuşdu. 1971-ci ildə Hindistan öz qoşunlarını Şərqi Pakistana yeritmişdi və Banqladeş dövlətinin qurulmasına yardım etmişdi.

Namiq Hacıheydərli