XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

29 Sentyabr 2019 - 19:48

Avstriyada parlament seçkilərinin ilkin nəticələri məlum olub

Bu gün Avstriyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

APA-nın ORF  telekanalına istinadən verdiyi məlumata görə, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb.

İkinci yerdə 22 faiz səslə Sosial-Demokrat Partiyası, üçüncü yerdə isə 16 faiz səslə Azadlıq Partiyası qərarlaşıb.