XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 11:20

Ermənistanda 4 hərbi yük maşını toqquşub –1 nəfər ölüb, 13 nəfər yaralanıb

Ermənistanda 4 hərbi yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” “newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 “KamAZ” və 1 “ZİL” markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus “KamAZ”-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Toqquşan avtomobillərin hamısı Müdafiə Nazirliyinə məxsusdur.

Qəzanın səbəbi araşdırılır.