XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Sentyabr 2019 - 12:46

Neftin qiyməti kəskin arta bilər –Xəbərdarlıq

Beynəlxalq ictimaiyyət İrana qarşı “güclü və qətiyyətli” mövqe ortaya qoymazsa, neftin qiyməti “təsəvvür edilməyəcək səviyyəyə qalxar”.

Belə bir xəbərdarlıqla Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman çıxış edib.

“Dünya İranın qarşısını alacaq güclü və qətiyyətli mövqe göstərməzsə, vəziyyətin qızışacağını, bunun dünyanın maraqlarına təhdid yaradacağını görəcəyik”, – vəliəhd şahzadə ABŞ-ın həftəlik “60 dəqiqə” xəbər proqramına deyib.

Müsahibə sentyabrın 29-da yayınlanıb. Bundan 15 gün öncə Səudiyyənin neft obyektlərinə dron zərbələri endirilib, ölkənin xam neft hasilatının 50 faizi, dünyanın isə neft təchizatının 5 faizi kəsilib. (azadliq.org)