XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 16:46

Türkiyə sahillərində faciə:[color=red] 33 nəfər həlak oldu

Türkiyə sahillərində qaçqınları daşıyan qayığın qəzaya uğraması nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb, 75 nəfər isə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.

Azərtac xəbər verir ki, Yunanıstanın Midilli adasına tərəf üzən qayıq Çanaqqalanın Ayvacıq şəhəri yaxınlığında qəzaya uğrayıb.

Xilas edilənlər arasında Əfqanıstan, Suriya və Myanma vətəndaşları var. Batan qayıqda neçə nəfərin olduğu dəqiq bilinmədiyindən axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2015-ci ildə Suriya və digər ölkələrdən Yunanıstana dəniz yolu ilə 847 min qaçqın gəlib, 800 nəfərdən çox insan isə Egey sularında bataraq həyatını itirib. Qışın sərt hava şəraiti bu marşrutu daha təhlükəli edib.