XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 14:12

Abbas Musəvi:“İran nümayəndə heyəti BMT-də səmərəli görüşlər keçirib”

“ABŞ istəyirdi ki, İran Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 74-cü sessiyasında iştirak etməsin”.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN sözçüsü İran Prezidenti Həsən Ruhaninin Nyu-York səfərinin nəticələri ilə də bağlı danışıb. A. Musəvi qeyd edib ki, ABŞ İranın BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakında maraqlı olmayıb: “Məhz buna görə də Həsən Ruhaniyə gec viza verdilər. ABŞ İranın öz mövqeyini BMT-də açıqlamasına əngəllər yaratmaq istəyirdi. Lakin İran nümayəndə heyəti iclasda daha aktiv iştirak edib və səmərəli görüşlər keçirib”. (apa)