XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2019 - 14:23

Britaniya AB-dən sazişlə çıxmağa ümid edir

Böyük Britaniya Avropa Birliyindən oktyabrın 31-də çıxacaq və bunun sazişlə gerçəkləşəcəyinə ümid edir. Bunu ölkənin Maliyyə naziri Saсid Сavid bu gün – sentyabrın 30-da deyib.

“Ümid edirik, sazişlə çıxacağıq. Saziş əldə edə bilməsək, məncə, istənilən halda çıxmaq və sazişsiz çıxmaq vacibdir. Bitkin olmasa da, 31-də çıxmağımız məqsədəuyğundur”, – Сavid ITV-yə deyib.

Сaviddən dəfələrlə soruşulub ki, hökumət sazişsiz Breksit-ə necə nail olacaq. Axı, qanunla baş nazir bu halda Breksiti təxirə salmalıdır. Nazir buna izahat verməkdən imtina edib.

“Parlamentin qəbul etdiyi qanunvericilik işləri, əlbəttə ki, daha da çətinləşdirib. Ancaq bizim siyasətimiz tamamilə dəyişməzdir, oktyabrın 31-də çıxırıq”, – Javid vurğulayıb.

Boris Сonson isə bazar günü vurğulayıb ki, AB-dən çıxmaq üzrə sazişi əldə edə bilməsə belə, baş nazir postundan getməyəcək. Onun sözlərinə görə, yalnız Mühafizəkarlar Partiyası oktyabrın 31-də Breksitə nail ola bilər.

“Adamlar bu ölkənin vacib seçim məqamına yaxınlaşdığını hiss etməlidir, biz oktyabrın 31-də Breksitə nail olmalıyıq. Bunu həyata keçirəcəyəm”, – o, BBC televiziyasına söyləyib. (azadliq.org)