XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 14:37

Cavad Zərif:"Səudiyyə Ərəbistanı ABŞ-ın silahlarına arxayın olmamalıdır"

“Səudiyyə Ərəbistanı ABŞ-dan silah almaqla təhlükəsizliyini təmin edə bilməyəcəyini başa düşməlidir”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.

“Müharibənin Körfəz bölgəsinə əmin-amanlıq gətirəcəyinə inanmıram. Bu hal, sadəcə, bölgədə gərginliyi artıracaq. Səudiyyə Ərəbistanı ABŞ-dan silah almaqla təhlükəsizliyini təmin edə bilməyəcəyini başa düşməlidir. Krallıq Səddam Hüseyn, “Taliban” və İŞİD-in 40 illik fəaliyyətinin təcürbəsindən nəticə çıxarmalı və gərək onların əməllərinin heç bir fayda vermədiyini indiyədək öyrənəydi”, – nazir vurğulayıb. (Report)